Xankəndiyə növbəti köç: 102 sakin doğma yurda qayıtdı-FOTO

Xankəndiyə növbəti köç: 102 sakin doğma yurda qayıtdı-FOTO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xankəndiyə növbəti köç həyata keçirilib.

Xeber Yerinde Report-a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 22 ailə olmaqla, ümumilikdə 102 nəfər köçürülüb.

Doğma yurda qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Xankəndiyə qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar həmçinin torpaqların işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda şəhid olanlara rəhmət diləyiblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir