XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik etdi

XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə qardaş ölkənin xalqını və dövlətini təbrik edib.

“Xəbər Yerində” xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

Təbrik mesajında Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsinin dərin ehtiramla yad edildiyi bildirilib.

“Qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!” – deyə paylaşımda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir