Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Nazirliyin son məlumatına əsasən, yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.
Təhlükəsizlik məqsədilə binadan 6-sı uşaq olmaqla, ümumilikdə 18 sakin təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

