İşğaldan azad olunmuş Xocavənd rayonu ərazisində növbəti mina hadisəsi baş verib.
Xeberyerinde xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Sərvan oğlu Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.
Mənbə: Apa

