Xətai rayonunda yanğın baş verib-FOTO

Xətai rayonunda yanğın baş verib-FOTO

Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.

Xəbəryerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə rayonun Orxan İsmayılov küçəsində, Nobel prospektinin yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir