Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:04-də qeydə alınıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3,2 olub. Yeraltı təkanların episentri 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
Mənbə: Qafqazinfo

