Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 09:00-a olan məlumatına görə, ölkənin bir sıra ərazilərində leysan xarakterli intensiv yağış yağıb. Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb. Bu göstərici aylıq normanın 133 faizinə bərabərdir.
Ən çox yağıntı Xızıda (23 mm), Astarada (18 mm), Qobustanda (17 mm), Ağdamda (14 mm), Sabirabadda 10 mm qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan güclü külək də tədricən zəifləyib və hazırda 8-13 m/s təşkil edir.

