Xəbər Yerində xəbər verir ki, Yevlaxda 4 yaşlı uşağın barmağında dəmir halqanın qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə göndərilib.
Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə dəmir halqanı azyaşlının barmağından ehtiyatla çıxarıblar.
Əməliyyat zamanı uşağın təhlükəsizliyi təmin olunub.

