Zaqatalada dönərdən kütləvi zəhərlənmə: Kafenin fəaliyyəti dayandırıldı-FOTO

Zaqatalada dönərdən kütləvi zəhərlənmə: Kafenin fəaliyyəti dayandırıldı-FOTO

Zaqatalada dönərdən kütləvi zəhərlənmə şübhəsi ilə bağlı araşdırma aparılır.

Dünən saat 09:30 radələrindən etibarən 14 nəfər (9 kişi, 3 qadın və 2 azyaşlı) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə müraciət edib.

TƏBİB-dən bildirilib ki, pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən onların hamısı ambulator müalicə üçün evə buraxılıb.

Müraciət edən şəxslər Zaqatala şəhərində fəaliyyət göstərən “Real” kafesindən toyuq dönəri alıb yediklərini bildiriblər.

Hadisə ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 Çağrı Mərkəzinə məlumat daxil olub. AQTA əməkdaşları tərəfindən kafedə plandankənar yoxlama aparılıb, toyuq dönəri və istehlaka təqdim olunan digər qida məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib.

Araşdırma müddətində “Real” kafesinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Laborator müayinələrin nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir