Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Xeber yerinde” xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisə günorta saatlarında baş verib. Bakı istiqamətində hərəkətdə olan Türkiyə qeydiyyatlı iritonnajlı yük maşını Zaqatala sakininin idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan iki nəfər – Yengiyan kənd sakini, 32 yaşlı Məhəmməd Mahmudov və Höytala kənd sakini, 58 yaşlı Şamil Dadayev xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, xəsarət alan şəxslər Dövlət Baytarlıq Xidmətinin Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsinin əməkdaşlarıdır. Qəzaya düşən “Chevrolet Niva”nın isə xidmət avtomobili olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.



