Ukrayna Prezidenti Vladimir Zelenski Norveç Kralı V Haralda ehtiramını ifadə edib.
O, Ukraynaya göstərdiyi dəstəyə görə Norveçə təşəkkür edib və bu dəstəyin yalnız hökumətlə deyil, kral ailəsi və Norveç xalqı ilə də bağlı olduğunu vurğulayıb.
Zelenski Kral V Haraldla keçirdiyi görüşü və onun Ukraynaya xüsusi diqqətini minnətdarlıqla xatırladığını bildirib.
“Bütün bu illər ərzində Ukraynanın yanında olduğu üçün Norveçə təşəkkür edirəm”, – deyə Zelenski Telegram-da qeyd edib.




