Zərdabda avtomobildə yanaraq ölənlərin kimliyi məlum olub

Zərdabda avtomobildə yanaraq ölənlərin kimliyi məlum olub

Xəbər Yerində xəbər verir ki, Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Məlumata görə, qəzaya düşən şəxslərin hamısı rayonun Məmmədqasımlı kənd sakinləri olub. Onlar ailə daxilində keçirilən məclisdən qayıdarkən qəza baş verib. Bildirilir ki, həmin gün ailə üzvləri Qalib Məhəmmədovun nəvəsinin məktəbə başlaması və ad günü münasibətilə bir araya gəliblər.

Qəza zamanı avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğlu olub. Hadisədən sağ çıxan Reyhan Məhəmmədova isə onun həyat yoldaşıdır.

Digər ölənlərdən Səkinə Məhəmmədova Qalib Məhəmmədovun qardaşının həyat yoldaşı, Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızı olub.

Məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib və Vətən müharibəsinin iştirakçısı olub. Qalib Məhəmmədov isə uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

Qəzada avtomobildə olan şəxslərdən yalnız Reyhan Məhəmmədova sağ qalıb.

Fotoda: Susanna Məhəmmədova, qəzadan sağ çıxan Reyhan Məhəmmədova, Qalib Məhəmmədov və Elyar Məhəmmədov.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir