Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində birgə təlim təşkil olunub.
Təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, eləcə də Penitensiar xidmətin müvafiq şəxsi heyəti və texnikası cəlb edilib.
Təlimin əsas məqsədi müəssisə əməkdaşlarının fövqəladə hallar, xüsusilə yanğın zamanı davranış və təxliyə qaydaları barədə biliklərini artırmaq, yanğından mühafizə bölmələrinin fəaliyyətini təkmilləşdirmək və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarını gücləndirmək olub.
Nəzəri mərhələdə iştirakçılara yanğın zamanı davranış qaydaları və təxliyə tədbirləri izah edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Praktiki hissədə isə müəssisə ərazisində şərti yanğın ssenarisi üzrə “Həyəcan” siqnalı verilib. Əməkdaşlar yanğına ilkin müdaxilə edib, FHN-in yanğından mühafizə bölmələri h





