16 yaşlı qızın toyuna hazırlaşırdılar – Polis son anda müdaxilə etdi

16 yaşlı qızın toyuna hazırlaşırdılar – Polis son anda müdaxilə etdi

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, Salyan rayonunda yerləşən şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, müraciət əsasında Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və zəruri tədbirlər görülüb.

Araşdırma zamanı qızın 16 yaşının tamam olduğu müəyyənləşib.

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər apararaq belə halın hüquqazidd olduğunu onların diqqətinə çatdırıblar.

Bundan sonra planlaşdırılan toy məclisi təxirə salınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir