Bakının Nizami rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq hadisəsi qeydə alınıb.
Məlumata görə, naməlum şəxs zərərçəkənin əlində olan, təxminən 1750 manat dəyərindəki “iPhone 16” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İ. Əbilov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satıb.
Faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Mənbə: Apa

