İki avtomobil toqquşdu, daha 3 nəfər xəsarət aldı
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes 190” markalı, 90-EV-255 dövlət qeydiyyat nişanlı avtomobillə “BYD” markalı, 99-VQ-246 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 1998-ci il təvəllüdlü Cəfərli Əlican Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

