40 hektardan çox sahəni qəsdən yandırdı

40 hektardan çox sahəni qəsdən yandırdı

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, Sabirabad rayonunun Zəngənə kəndi ərazisində 40 hektardan çox sahənin yanmasına səbəb olan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalar zamanı yanğının E.Məlikov tərəfindən qəsdən törədildiyi məlum olub.

Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir