Qubada təmir işləri görən 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Xəbər Yerində “Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 11 radələrində rayonun Dağlı kəndində baş verib.
1979-cu il təvəllüdlü Vahid Stalov fərdi yaşayış evində təmir işləri apararkən hündürlükdən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

