Messidən möhtəşəm oyun: 4 qol vurdu, “İnter Mayami” darmadağın etdi

Messidən möhtəşəm oyun: 4 qol vurdu, “İnter Mayami” darmadağın etdi

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi ABŞ Major League Soccer (MLS) çempionatında növbəti möhtəşəm oyununu keçirib.

“Xəbər Yerində” xəbər verir ki, 39 yaşlı futbolçu “Monreal”la qarşılaşmada 4 qol vuraraq komandasının 7:1 hesablı qələbəsində əsas pay sahibi olub.

Messi bununla yanaşı, bir məhsuldar ötürmə də edib. Bu, argentinalı hücumçunun MLS-də ilk dəfə bir matçda 4 qol vurmasıdır. O, hazırda çempionatda 18 qolla bombardirlər yarışına başçılıq edir.

“İnter Mayami”nin digər qollarını Kazemiro, Luis Suares və Aleksander Şou vurublar. “Monreal”ın yeganə qolunun müəllifi isə Fabian Herbers olub.

Bu qələbə ilə “İnter Mayami” beş oyunluq qələbəsiz seriyasına da son qoyub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir