“Xəbər Yerində” xəbər verir ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etmək planı yoxdur. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
Paşinyan Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın bu məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib ki, İrəvanın belə bir qərar qəbul etməsi Moskvanın deyil, Ermənistanın öz maraqlarına zidd olardı.
Baş nazir vurğulayıb ki, Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmək barədə heç vaxt planı olmayıb və hazırda da belə bir niyyət yoxdur.

