“Xəbər Yerində” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti sentyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda gecə 20-23°, gündüz 26-30° isti olacaq.
Ölkə rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Rayonlarda havanın temperaturu gecə 16-21°, gündüz 28-33°, dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 19-24° isti olacaq.

