Həyətyanı sahədə artezian qazırdı, faciə baş verdi

Həyətyanı sahədə artezian qazırdı, faciə baş verdi

Xəbər Yerində xəbər verir ki, Astara rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.

Hadisə rayonun dağlıq ərazidə yerləşən Təxtənəkəran kəndində baş verib. Məlumata görə, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov həyətyanı sahədə artezian quyusu qazdığı zaman bədbəxt hadisə baş verib.

Belə ki, qazıntı işləri zamanı boru onun başına düşüb. Ağır xəsarət alan Ramin Kərimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir