Xəbər Yerində xəbər verir ki, Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəhriyar küçəsində qeydə alınıb. Qəza zamanı rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun sürdüyü motosiklet toqquşub.
Toqquşma nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.
Mənbə: Oxu.az

