Azərbaycan millisinin qapıçısı “Sabah”la müqavilə imzaladı

Azərbaycan millisinin qapıçısı “Sabah”la müqavilə imzaladı

Xəbər Yerində xəbər verir ki, Azərbaycan qadın futbol millisinin qapıçısı Nərgiz Əliyeva karyerasını “Sabah” klubunda davam etdirəcək.

24 yaşlı qapıçı Bakı təmsilçisi ilə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb. Əliyeva yeni mövsümdə Azərbaycan Yüksək Qızlar Liqasında “Sabah”ın formasını geyinəcək.

Bu barədə Azərbaycan milli komandalarının mətbuat xidməti məlumat yayıb.

Nərgiz Əliyeva ötən mövsümün bir hissəsində Türkiyənin “Giresun Sanayispor” klubunda çıxış edib.

Qeyd edək ki, qapıçı 2022-ci ildən Azərbaycan millisinə dəvət olunur. O, Millətlər Liqasında keçirdiyi 5 oyunda qapısında 6 qol görüb.

Mənbə: Unikal

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir