Gəncə futbolunda kədərli hadisə baş verib. Veteran futbolçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib.
“Kəpəz” klubunun yetirməsi olan Hacıyev karyerası ərzində Gəncə təmsilçisinin heyətində iki dəfə Azərbaycan çempionluğu yaşayıb və ölkə kubokunu qazanıb.
O, müxtəlif illərdə “Turan Tovuz” və “Qarabağ” klublarında da çıxış edib.
Mehman Hacıyev məşqçilik fəaliyyəti ilə də məşğul olub. O, 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedici komandasının, 2013-2014-cü illərdə isə əsas heyətin köməkçi məşqçisi vəzifəsində çalışıb.
Veteran futbolçunun sabah dəfn ediləcəyi bildirilir.

