Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, qəza Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, “Chevrolet” və “Prius” markalı avtomobillər toqquşub.
Toqquşmadan sonra “Chevrolet” yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo





