Qapıçıdan inanılmaz performans: 2 qol vurub komandasını xilas etdi

Qapıçıdan inanılmaz performans: 2 qol vurub komandasını xilas etdi

Niderland futbolunun əfsanəsi Ronald Kumanın oğlu Ronald Kuman maraqlı göstərici ilə gündəmə gəlib.

“Kambur”la qarşılaşmada “Telstar”ın qapısını qoruyan Kuman komandasının 0:2 hesabı ilə geridə olduğu matçda iki penalti zərbəsini dəqiq yerinə yetirib.

O, 63-cü dəqiqədə ilk penaltini qola çevirib. Qapıçı 90+11-ci dəqiqədə isə yenidən 11 metrlik nöqtəyə yaxınlaşıb və hesabı bərabərləşdirib.

Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb və Ronald Kuman qapıçılar üçün olduqca nadir olan ikiqolluq performansla komandasına bir xal qazandırıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir