Xəbər Yerində xəbər verir ki, Yasamal rayonunda minik avtomobilində yanğın baş verib.
Hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Ərazidə xidmət aparan polis əməkdaşları alovlanan avtomobilə müdaxilə edərək yanğının genişlənməsinin qarşısını alıblar.
Hadisə zamanı yolda təhlükəsizlik tədbirləri görülüb.

