Xəbər Yerində xəbər verir ki, Yevlaxda yaşlı qadın yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə zamanı 1935-ci il təvəllüdlü, Kəlbəcər rayon sakini Qərənfil Məmmədova ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Məlumata görə, vəfat edən qadın Birinci Qarabağ müharibəsində şəhid olan Yunis Məmmədovun həyat yoldaşı olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo

