Xəbər Yerində xəbər verir ki, vaxtilə erməni kilsəsinin Qarabağ yeparxiyasına rəhbərlik etmiş arxiyepiskop Parqev Martirosyan ABŞ-da immiqrant statusu əldə edib.
Məlumatı erməni əsilli vəkil Kristine Parikyan yayıb.
“Green Card” üçün imkan yarana bilər
Bildirilib ki, əldə olunan immiqrant statusu müəyyən hallarda ABŞ-da daimi yaşayış icazəsi olan “Green Card” almaq üçün imkan yarada bilər.
Parqev Martirosyan kimdir?
Qeyd edək ki, Parqev Martirosyan I Qarabağ Müharibəsi və 44 günlük Vətən Müharibəsi dövründə Qarabağdakı separatizmin əsas ideoloqlarından biri kimi tanınıb.
O, 2020-ci ildə, Vətən Müharibəsindən sonra ABŞ-yə gedib.
Hazırda Parqev Martirosyan ABŞ-da yaşayır.
Mənbə: modern.az


