Bakıda iki avtomobil toqquşdu: sürücü həyatını itirdi

Bakıda iki avtomobil toqquşdu: sürücü həyatını itirdi

Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı Vahid Məmmədovun sürdüyü “Opel Frontera” markalı avtomobil əks istiqamətdə hərəkət edən Ozal Yusifovun idarəsində olan “Mercedes-Benz E” markalı maşınla toqquşub.

Qəza nəticəsində “Opel Frontera”nın sürücüsü V.Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir