Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında ötən həftə ərzində FHN-in aidiyyəti qurumları tərəfindən müxtəlif hadisələrlə bağlı ümumilikdə 499 əməliyyat həyata keçirilib.
Bunlardan 442-si yanğın hadisələri, 54-ü köməksiz vəziyyətdə qalma halları, 3-ü isə avtonəqliyyat qəzaları ilə əlaqədar həyata keçirilən qəza-xilasetmə əməliyyatları olub.
FHN əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların vaxtında söndürülməsi və təhlükəli vəziyyətdə olan insanların xilas edilməsi təmin olunub.
Ümumilikdə, ötən həftə ərzində Nazirliyin qüvvələri tərəfindən 62 nəfərin həyatı xilas edilib. Onların 20-si azyaşlı olub.
Bundan başqa, müxtəlif hadisələrlə, o cümlədən bağlı qapı və yol-nəqliyyat hadisələri ilə əlaqədar 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

