“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsində xüsusi qarşılanıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi ilə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan qolkiper üçün komanda yoldaşları tərəfindən dəhliz açılıb.
Pokatilovun qarşılanma anını əks etdirən görüntülər Qazaxıstan Futbol Federasiyasının rəsmi “Instagram” hesabında paylaşılıb.

