100-dən çox ölkənin nümayəndələri Bakıda bir araya gəldi – FOTO

100-dən çox ölkənin nümayəndələri Bakıda bir araya gəldi – FOTO

Xəbər Yerində “Musavat.com”a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə Bakıda IV Bakı Təhlükəsizlik Forumu keçirilib.

“Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan tədbirdə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyevin müraciəti oxundu

Forumun açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Daha sonra forumun mövzusuna həsr olunmuş videomaterial nümayiş etdirilib.

Tədbirdə çıxış edən DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev forum iştirakçılarını növbəti dəfə Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və hər il əhatə dairəsi genişlənən Bakı Təhlükəsizlik Forumu aktual çağırışların peşəkar şəkildə müzakirəsi üçün geniş imkanlar yaradır. Əli Nağıyev forumun xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb.

“Beynəlxalq təhlükəsizlik sistemi keçid dövrü yaşayır”

DTX rəhbəri çıxışında beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid mərhələsində olduğunu bildirib.

Onun sözlərinə görə, mövcud ənənəvi mexanizmlər yeni təhdidlərə çevik reaksiya verməkdə çətinlik çəkir və bu şəraitdə etibarlı tərəfdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.

Əli Nağıyev təhlükəsizlik anlayışının artıq yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmadığını diqqətə çatdırıb.

O bildirib ki, davam edən münaqişələr regional proseslərlə yanaşı, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə də təsir göstərir.

Terrorçuluğa qarşı mübarizə imkanları müzakirə edildi

Forum çərçivəsində DTX və Birləşmiş Millətlər Təşkilatının Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan tədbir də keçirilib.

Müzakirələr zamanı müasir texnologiyaların yaratdığı terror təhdidlərinə qarşı milli və beynəlxalq səviyyədə effektiv əlaqələndirmə mexanizmlərinin qurulması məsələləri diqqət mərkəzində olub.

Bununla yanaşı, Bakı Təhlükəsizlik Forumunun platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir