Biləsuvarda 4 maşın bir-birinə çırpıldı – ölən və yaralananlar var

Biləsuvarda 4 maşın bir-birinə çırpıldı – ölən və yaralananlar var

Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər xəsarət alıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

“Niva” idarəetmədən çıxıb

İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı maşına çırpılıb.

Toqquşmadan sonra idarəetmədən çıxan “Niva” və “Mercedes” daha iki nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə “Mercedes”də olan sərnişin hadisə yerində həyatını itirib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Niva” markalı avtomobilin sürücüsünün qəfil idarəetməni itirməsi səbəb olub.

Ölən şəxsin kimliyi məlum oldu

Qəza nəticəsində vəfat edən şəxsin 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu olduğu müəyyənləşib.

Dörd nəfər xəsarət alıb

Hadisə zamanı xəsarət alan şəxslərin də kimliyi açıqlanıb. Onlar:

  • Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu;
  • Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı;
  • Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu;
  • Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir