Şirvanda çarpayıdan yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq xəstəxanada vəfat edib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir gün əvvəl Şirvan şəhərində baş verib.
Belə ki, çarpayıdan yıxılan azyaşlı ağır kəllə-beyin travması alıb. Kəllə sümüyünün deformasiyası diaqnozu qoyulan uşaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilib.
Həkimlərin səylərinə baxmayaraq, 1 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

