Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Vahim Vahidov idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobillə hərəkətdə olarkən piyada Zaur Əzimovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin təfərrüatları araşdırılır.

