Bakının mərkəzində restoranda yanğın baş verdi – VİDEO

Bakının mərkəzində restoranda yanğın baş verdi – VİDEO

Xəbər Yerində xəbər verir ki, Bakının Səbail rayonunda yerləşən restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Əziz Əliyev küçəsində yanğın olması barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan restoranın mətbəxində sobadakı yağ qalıqları yanıb. Restoran və yaşayış binası yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir