Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, qəza rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan Mədət adlı sərnişin həyatını itirib.

Qəza zamanı digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

