ABŞ Prezidenti: Hörmüz boğazı bağlanmayacaq

ABŞ Prezidenti: Hörmüz boğazı bağlanmayacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı açıq qalacaq və Vaşinqton onun təhlükəsizliyinin təmin edilməsinə nəzarət edəcək.

Xeberyerində APAya istinadən xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Hörmüz boğazı İranın mövqeyindən asılı olmayaraq fəaliyyətini davam etdirəcək.

“İran blokadasını yenidən tətbiq edirik. Bu məhdudiyyət yalnız İran gəmilərinə və ya onun müştərilərinə aid olacaq. Digər bütün ölkələr isə Hörmüz boğazından sərbəst və təhlükəsiz şəkildə istifadə edə biləcəklər”, – deyə ABŞ Prezidenti qeyd edib.

Donald Tramp əlavə edib ki, ABŞ bundan sonra özünü Hörmüz boğazının təhlükəsizliyinin təminatçısı hesab edəcək.

“Bu andan etibarən ABŞ Hörmüz boğazının mühafizəçisi kimi fəaliyyət göstərəcək. Lakin təhlükəsizliyin təmin olunması üçün çəkilən xərclər qarşılanmalıdır. Buna görə də boğazdan daşınan bütün yüklər üzrə 20 faiz həcmində ödənişin tətbiqi nəzərdə tutulur. Bu mexanizmin hazırlanmasına dərhal başlanılacaq”, – deyə Tramp vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir