Masallı rayonunda yük avtomobilində baş verən yanğın vaxtında söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən əldə etdiyimiz xəbər görə, Masallı rayonunun Sərçuvar kəndi ərazisində yük avtomobilinin yanması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Renault” markalı yük avtomobilinin qoşqusundakı təkərdə başlayan alovun nəqliyyat vasitəsinin digər hissələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində qoşqu hissəsində bir təkər yanıb. Avtomobil və qoşqunun qalan hissəsi isə yanğından mühafizə olunub.

