“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın Barselonadakı evinə oğurluq məqsədilə daxil olmaq cəhdi qeydə alınıb.
Hadisə İspaniyanın Fransa üzərində qələbə qazandığı Avropa çempionatının yarımfinal oyunundan dərhal sonra baş verib.
Məlumata görə, futbolçunun malikanəsini mühafizə edən əməkdaşlar hasarı aşaraq həyətə girməyə çalışan iki naməlum şəxsi vaxtında görüblər. Onların operativ müdaxiləsi nəticəsində şübhəlilər evə daxil ola bilməyib.
Basqın cəhdinin uğursuz alınmasından sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı polis araşdırmaya başlayıb. Eyni zamanda, futbolçunun ailəsinin təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün malikanədə mühafizə tədbirlərinin gücləndirildiyi bildirilib.
Mənbə: Baku.ws

