Tramp: Tehran cəzalandırılmalıdır

Tramp: Tehran cəzalandırılmalıdır

ABŞ Prezidenti Donald Tramp İordaniyada iki amerikalı hərbçinin həlak olmasını faciə adlandırsa da, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, həlak olan hərbçilər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq naminə ən böyük fədakarlığı göstəriblər. Tramp vurğulayıb ki, Tehran dayandırılmasa, Yaxın Şərq daha genişmiqyaslı münaqişə ilə üz-üzə qala bilər.

ABŞ Prezidenti “The New York Post”a müsahibəsində həlak olan hərbçilərin ailələri ilə əlaqə saxlayacağını da bildirib. “Əlbəttə. Mən bunu həmişə edirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, cümə günü İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasına edilən hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub, bir nəfər itkin düşüb, azı dörd hərbçi isə yaralanıb.

Bu hadisədən sonra ABŞ Ordusu ardıcıl səkkizinci gecə İrana qarşı hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyatlar zamanı İranın sahil müşahidə və hava hücumundan müdafiə sistemləri, hərbi dəniz infrastrukturu, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər hədəfə alınıb.

Bildirilib ki, zərbələr həmçinin iyulun 17-də İordaniyada amerikalı hərbçilərə hücumda ittiham olunan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə yönəlib. CENTCOM əməliyyatların məqsədinin SEPAH-ı operativ şəkildə cəzalandırmaq olduğunu açıqlayıb.

Məlumata görə, İordaniyadakı hücumdan sonra ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri də göndərir.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir