Norveçdə son 80 ilin ən böyük yanğını baş verib-FOTO

Norveçdə son 80 ilin ən böyük yanğını baş verib-FOTO

Norveçdə İkinci Dünya müharibəsindən bəri ən iri yanğınlardan biri qeydə alınıb.

NRK-nın məlumatına görə, Oslo şəhərindən təxminən 50 kilometr aralıda yerləşən Krokstadelva qəsəbəsində 100-dən çox yaşayış evi yanıb. Alov daha sonra yaxınlıqdakı meşə massivinə yayılıb.

Yanğının söndürülməsinə çoxsaylı yanğınsöndürmə briqadaları və helikopterlər cəlb olunub. İndiyədək 400 sakin təhlükəsizlik məqsədilə təxliyə edilib. Hadisə nəticəsində 10 nəfər tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir