Bakıda 18 nəfəri aldadan dələduz saxlanılıb-VİDEO

Bakıda 18 nəfəri aldadan dələduz saxlanılıb-VİDEO

Bakıda vətəndaşları müxtəlif vədlərlə aldadaraq dələduzluq etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, paytaxt ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, bazar qiymətindən ucuz avtomobil, ehtiyat hissələri və müxtəlif istirahət məkanlarına bilet satacağını bildirərək vətəndaşların etibarını qazanıb. Bu üsulla E.Məhərrəmov ümumilikdə 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir