Qaxda 40 yaşlı kişi bıçaqlandı

Qaxda 40 yaşlı kişi bıçaqlandı

Qaxda bıçaqlanma hadisəsi qeydə alınıb.

Xeberyerinde Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində baş verib.

İlkin məlumata əsasən, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 40 yaşlı Elnur Qadaşovu kəsici alətlə yaralayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir