İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Lalović ilə görüşüb.

Görüşdə tərəflər əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar. Nenad Laloviç Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, buna və Dünya Güləş Birliyinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Qonaq Azərbaycanda güləşin inkişafını, ölkənin beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsini və Azərbaycan Güləş Federasiyası ilə səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Prezident İlham Əliyev isə U-17 dünya çempionatının gənc idmançıların gələcək uğurları baxımından əhəmiyyətini vurğulayıb, belə yarışların Azərbaycanda keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandıqları mühüm nailiyyətləri də qeyd edib.

Görüşdə Azərbaycanda güləşin zəngin ənənələrə malik olduğu, bu idman növünün inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildiyi bildirilib. Sonda Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir