Ermənistan parlamentinin sədri vəzifəsinə Ruben Rubinyan seçilib.
Ermənistan mətbuatının məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədi Ruben Rubinyanın lehinə parlamentdə keçirilən səsvermədə 63 deputat səs verib. Səsvermədə iştirak edən 91 deputatdan 28-i isə onun namizədliyinin əleyhinə çıxıb.
Parlamentdə təmsil olunan “Ermənistan” fraksiyası səsverməni boykot edib, “Güclü Ermənistan” fraksiyası isə Rubinyanın namizədliyinə qarşı səs verib.
Ruben Rubinyan parlament sədri postunda Alen Simonyanı əvəz edib.
Qeyd edək ki, Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsində çalışıb. O, eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərir.

