İmişlidə yeraltı təkan olub.
Xeberyerinde xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ avqustun 3-də saat 21:53-də (yerli vaxtla) qeydə alınıb. Yeraltı təkanın episentri 39.72 şimal enliyi və 48.22 şərq uzunluğunda, 26 kilometr dərinlikdə yerləşib.
Bildirilib ki, zəlzələ əhali tərəfindən hiss olunmayıb.

