Xeberyerinde xəbər verir ki, Bakının Buzovna qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 4-nə keçən gecə saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Elmir Həsənovun idarə etdiyi “Opel” markalı minik avtomobili Tural Tağıyevin sürdüyü “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində **”Opel”**in sürücüsü Elmir Həsənov hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: Qafqazinfo

